Mircəfər Bağırovdan qaçan xalq artisti: “Atam vəzifədə işləyirdi, yaxşı pulu var idi” FOTO


Digərləri 19 Noy 2018 13:05:00 296 0

Mircəfər Bağırovdan qaçan xalq artisti: “Atam vəzifədə işləyirdi, yaxşı pulu var idi”  FOTO

Son.az azvision.az-ın xalq artisti, rejissor Vasif Babayevlə müsahibəsin təqdim edir: Onunla söhbətimiz zamanı köhnə İçərişəhərdən, uşaqlıq, gənclik illərindən, Azərbaycan Televiziyasında çalışdığı dövrdən, məşhur filmlərin müəllifi olan unudulmaz rejissorumuz, qardaşı Arif Babayevdən danışdıq...  - Əslən İçərişəhərliyik, ailədə 5 qardaş olmuşuq, ən böyüyümüz Arif, ən balacamız isə Azər qardaşım idi. İndi hər ikisi rəhmətə gedib. İstəyirəm söhbətimizə uşaqlığımla bağlı bir xatirəni danışmaqla başlayım. Deməli, 1942-ci il idi, ikinci sinifə gedirdim, gözlərim möhkəm ağrayırdı. Həmin illər çox uşağın gözü ağrayırdı. Elə bir zaman idi ki, həkim də çatışmırdı. Ancaq atam vəzifədə işləyirdi, yaxşı pulu var idi. Məni ən savadlı həkimlərə göstərirdi, lakin gözlərim düzəlmirdi. İçərişəhərdə dindarlar çox idi. Onlar anama deyiblər ki, "ay Səriyyə xanım, uşağı Mir Mövsüm Ağanın yanına apar". O, bizim üçün ən müqəddəs şəxsiyyət idi. Atam anama deyib, "nə badə sən o qapıya gedəsən". Çünki KQB ağanın evini gözaltında saxlayırdı. Kim ora gedirdisə, tutub içəri basırdılar, sürgün edirdilər. Anam özü də dindar, çarşabda gəzən qadın idi. O, Mir Mövsüm Ağanın böyük bacısı ilə danışır və qərara gəlirlər ki, məni ora gecə aparsın. Gecənin bir aləmi məni ədyala bürüyüb İçərişəhərin dar küçələri ilə gedir. Halbu ki, ağanın evi İçərişəhərin ən geniş küçəsində idi. Mən də uşağam, qanmıram, möhkəm ağlayıram. Evə daxil olduq, gördük ki, o, yatıb. Məni ağlaya- ağlaya məcbur etdilər ki, onun əlini öpüm. İki gecə bu minvalla biz onlara getdik. Heç bir ay keçməmiş gözlərim sağaldı. Qohumlar həmişə deyirdilər ki, "ay Vasif, sən çox yaşayacağsan. Ağadan sənə enerji keçib". Belə də oldu, 78-i keçmişəm, inanıram və Allaha dua edirəm ki, hələ 5-6 il də yaşayacağam.  - Vasif müəllim, eşitmişəm Mircəfər Bağırovla ünsiyyətdə olmusunuz? Bu doğrudurmu?  - Mən uşaq olanda Mircəfər Bağrovla toqquşmuşam. Qəflətən olmuşdu. İkinci sinifdə oxuyurdum, dərsdən çıxıb uşaqlarla birgə Filarmoniyanın yanından Niyazi küçəsi ilə qaçırdıq. Filarmoniyanın tinində onunla toqquşdum, bu an isə "çernil" qabım sındı. Mircəfər Bağırovun üstü batdı. Həmin səhnə hələ də yadımdadır. Məni qolumdan tutub saxlayıblar, mən də ağlayıram. Mircəfər dedi ağlama oğlum, niyə ağlayırsan? Adımı soruşdu, əvvəlcə "cüllüt" dedim, sonra isə əsil adımın Vasif Babayev olduğunu bildirdim. Harada yaşamağımla maraqlandı. İçərişəhərdə yaşadığımı, Hacıağanın oğlu olduğumu öyrəndi. Dedi, Əliağa adında əmin var? Mən də sevincək dedim, "hə", düşündüm ki, əmimi tanıyırsa, tez buraxar. Dedi, get evə, oğlum, qaçma, yıxılarsan, başımı da tumarladı. Ağalaya- ağlaya evə gəldim. Anam dedi," ədə, səni yenə də döyüblər. Bu gün səni evə qoymayacağam, get, cavablarını ver, gəl". Evə girib Cəfər Cabbarlının şəklini göstərib onunla toqquşduğumu dedim. Arif dedi, "ədə, sən nə danışırsan, bu çoxdan ölüb". Sonra o biri otaqda Mircəfər Bağırovun divardan asılmış şəklini göstərib onunla toqquşduğumu əminliklə bildirdim. Birdən qonşu da gəldi ki, "Səriyyə xanım oğlun nəsə etmişdi, hamı ərafına yığışmışdı". Anam atama tez zəng etdi ki, evə gəl. Atama ağlaya- ağlaya əhvalatı danışdım. O da bundan sonra tez əmim Əliağaya zəng etdi. Əmim müharibə vaxtı katib olub, Mircəfərin əlinin altında işləyib. Atam və əmim iki ay qorxudan evdə gecələmədilər. Hər gün işə gedirdilər, ancaq evə gəlmirdilər. O illər heç kimi işdən aparmırdılar, ancaq evdən aparırdılar. Şükürlər olsun ki, Mircəfər onlara toxunmadı. Plenium iclaslarından birində O, Əliağanı çağırıb, deyib, sən bilirsən ki, mən sənin qardaşın oğlu ilə tanış olmuşam? Deyib, bəli, ağa. Mircəfər dalınca bildirib, "gözəl oğlandı ha". Ondan sonra əmimgil evə qayıdıblar ki, təhlükə sovuşdu deyə.  - Böyük qardaşınız Arif Babayev haqqında ayrıca söhbət edəcəyik. Digər qardaşlarınız, Akif və Xose Diasdan danışaq. Onlarla bağlı da maraqlı məqamlar az deyil...  - Qardaşlarımdan birinin adı Xose Dias olub. Çox ekzotik addır. Atam o adı İspaniya Kommunist Partiyasının sədri Xose Diasın şərəfinə qoyub. Belə ki, həmin partiyanın 25 üzvü 1937-ci ildə Stalinin dəvəti ilə Sovet İttifaqına gəliblər. Geri qayıdanda təyyarələri göydə partlayıb, hamısı həlak olub. Atam da partiya üzvü idi, buna görə də həmin ildə anadan olan qardaşıma Xose Dias adını verib. Digər qardaşım Akif isə 1932-ci ildə anadan olub. Diasdan böyük, Arifdən kiçik idi. Dövlət işində, uzaq mənzillərə, rayonlarımıza yük daşınması ilə bağlı sürücü işləyirdi. Hətta İran sərhəddinə qədər gedib Astaraya da mal aparıb gətirirdi. Hərdən bir məni də özü ilə aparırdı.  Deməli, Arif "Uşaqlığın son gecəsi" filminin çəkilişlərinə hazırlaşırdı. Arada zarafatla deyirdi ki, "Ay Akif, mən səni kinoya çəkəcəyəm, artist olacaqsan".O da deyərdi, "Ədə, ged işinin dalınca, zarafat etmə mənimlə". Həmin filmdəki "Davud"(Fontamaz) qardaşımın prototipidir. Akif də Davud kimi lotu-potu oğlan idi. Çoxlu göyərçin saxlayırdı. İçərişəhərdə çox məşhur idi. Filmdəki motosikleti də bizim həyətdən götürmüşdü. Belə ki, İkinci Dünya Müharibə bitəndən sonra bir rus hərbiçi həyətimizdə kirayənşin kimi yaşayıb. O, 1946-cı ildə Rostovdan gələrkən özü ilə həmin mosotikleti də gətirmişdi. Arif də onu filmdə çəkib. Kino ekrana çıxandan sonra tanışların hamısı görür ki, bu Davud eynən Akifdir. Lotuluğu, geyimi, danışığı, papağı eynən onu xatırladır. Bundan sonra iki qardaş arasında böyük dava, narazılıq düşür. Hamı Akifə filmdəki sözə uyğun "fontamaz" deyir. Akif də çox dilxor olub, Ariflə aylarla danışmayıb. Buna görə də Arif Şirvanşahların yanındakı mülkümüzü tərk edib, 12 il şəhərin müxtəlif yerlərində kirayənişin olub. Çox sonralar onlar barışıblar.  - Xatirənizdə İçərişəhərlə, Arif bəyin gəncliyi, sizin uşaqlığınızla bağlı nələr qalıb ?  - O qədər xatirələr var ki. İçərişəhərin 4-5 yerində darvazaları var idi, indi də var. Ancaq çox qapalı şəhər olub. Oranın t