Gürcüstanda 600 min nəfərin banklara borcları


Dünya 19 Noy 2018 13:07:40 304 0

Gürcüstanda 600 min nəfərin banklara borcları

Gürcüstan hökuməti kredit borclarına görə ölkədəki bankların "qara siyahı"sında olan 600 mindən artıq vətəndaşın bütün borclarının ləğv olunması barədə qərar qəbul edib.

Son.az RİA Novosti-yə istinadən bildirir ki, bunu baş nazir Mamuka Baxtadze deyib.

"Söhbət banklar, onlayn təşkilatlar və digər maliyyə strukturları qarşısında borcları olan 600 min nəfərdən artıq vətəndaşımızdan gedir. Ümumilikdə məbləğ təqribən 1,5 milyard lari və ya 565,3 milyon dollar təşkil edir. Qərara görə, həmin borclar bütünlüklə sıfırlanacaq. Gürcüstan əhalisi Yeni İli banklara borcları olmadan qarşılayacaq", - M.Baxtadze bu gün Tbilisidə keçirdiyi brifinqdə deyib.