Azərbaycanda 135 nəfəri ilan, əqrəb və hörümçək sancdı...


Digərləri 19 Noy 2018 12:36:00 218 0

Azərbaycanda 135 nəfəri ilan, əqrəb və hörümçək sancdı...

Azərbaycanda aprel ayından indiyədək 135 nəfəri ilan, əqrəb və hörümçəyin bir növü olan qaraqurd sancıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda aprel ayından indiyədək 135 nəfəri ilan, əqrəb və hörümçəyin bir növü olan qaraqurd sancıb. Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, Azərbaycanda aprel ayından indiyədək 80 nəfər ilansancma, 24 nəfər qaraqurd, 31 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib. A.Maqsudov qeyd edib ki, qaraqurd və sarı əqrəb sancmaları ilə bağlı şikayətlər əsasən Bakıətrafı ərazilərdə yaşayan insanlar tərəfindən daxil olub.