Amaliya Pənahovanın yerinə qızı gətirildi


Digərləri 19 Noy 2018 12:22:00 286 0

Amaliya Pənahovanın yerinə qızı gətirildi

Bakı Bələdiyyə Teatrının direktoru vəzifəsinə mərhum xalq artisti Amaliya Pənahovanın qızı gətirilib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın vəfatından sonra teatrın direktoru onun qızı Aynur Muxtarova təyin edilib. Aynur Muxtarova bu təyinata qədər Bakı Bələdiyyə Teatrının direktor müavini olub.

Xəbəri  təsdiqləyən Bakı Bələdiyyə Teatrının Truppa müdiri Zemfira Babayeva bildirib ki, teatrda direktor vəzifəsini Aynur Muxtarova icra edir.