"Aygün, Röya, Faiq oxuyur, mən niyə..."


Şou-biznes 19 Noy 2018 12:28:00 369 0

"Aygün, Röya, Faiq oxuyur, mən niyə..."

Aktyor Elşən Orucov rep deyib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Fəlakət" obrazı ilə tanınan aktyor "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, yeni filmi üçün ifaçılıq edib: "Rep demişəm. Maraqlı alınıb. Nə edim, artıq başladım oxumağa. Düşündüm ki, Aygün Kazımova, Röya, Faiq Ağayev oxuyur, mən niyə oxumayım? Hamısından da icazə almışam, dəstəkləyiblər. Dedilər ki, sən qabağa gedəcəksən. Necə gedəcəyin bilinmir, amma gedəcəkəsən.

Fikirləşdim ki, bu yolda tək getsəm, çox söz eşidəcəm. Ona görə Nadiri götürdüm ki, sözləri ona desinlər. Deyəcəm, o, məni yoldan çıxarıb.