700 bal toplayan gənc: "Bu ixtisas yenidir və açılacağını eşitdiyim gündən ora qəbul olmaq arzum idi"


Digərləri 19 Noy 2018 11:52:00 295 0

700 bal toplayan gənc: "Bu ixtisas yenidir və açılacağını eşitdiyim gündən ora qəbul olmaq arzum idi"

Qəbul imtahanında 700 bal toplayan Aslan Aşırov Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

Son.az həmin müsahibəni təqdim edir:

- Özünüz haqda bir az danışın.

- Adım Aslandır, 17 yaşım var. Gürcüstanda anadan olmuşam, Azərbaycan vətəndaşıyam. 169 saylı tam orta məktəbi bitirmişəm.

- Aslan, qəbul imtahanında ən yüksək nəticəni - 700 balı toplamağınızda ən çox kimin rolu var?

- Qəbul imtahanında göstərdiyim uğura görə başlıca olaraq valideynlərimə və qardaşlarıma, daha sonra müəllimlərimə, sonda isə dostlarıma təşəkkür edirəm. Onlar məni motivasiya etməsəydilər, yəqin ki, bu nəticəni göstərə bilməzdim.

- Niyə I qrupa üstünlük vermisiz?

- Mənim istədiyim ixtisas məhz I qrupda idi. Amma normalda humanitar fənləri daha çox sevirəm.

- Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?

- Azərbaycanda istədiyim ixtisas üzrə daha yaxşı təhsil verəcəyini düşündüyüm üçün məhz BANM-ı seçdim. BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir. Düşünürəm, bu, elə keyfiyyətli təhsilə görədir.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

- Boş vaxtlarımda dostlarımla görüşməyi, proqramlaşdırma üzrə maraqlanmağı və video oyunlar oynamağı sevirəm.

- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

- Mən "İnformasiya təhlükəsizliyi" ixtisasini seçdim. Bu ixtisas yenidir və açılacağını eşitdiyim gündən ora qəbul olmaq arzum idi. Məqsədim bu sahədə yeni işlər görməkdir. Həm də nəyisə idarə etmək, qorumaq və təhlükəsizliyi təmin etməkdən xoşum gəlir.

- Bu seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?

- Seçimimi sırf özüm etmişəm. Mən heç kimə valideynlərinin istədiyi ixtisas üzrə seçim etməyi məsləhət görmürəm. Çünki gələcəkdə o ixtisas üzrə valideynlərin deyil, sən özün işləməli olacaqsan.