Əhali 10 ayda 43 milyard manatdan çox qazanıb


Digərləri 19 Noy 2018 11:45:08 234 0

Əhali 10 ayda 43 milyard manatdan çox qazanıb

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 43 milyard 871,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 4471,1 manat təşkil edib.

Bakı. Elçin Mehdiyev – 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 43 milyard 871,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 4471,1 manat təşkil edib. Trend-in məlumatına görə, əhalinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artıb.