Komitə sədri: "Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub"


Digərləri 19 Noy 2018 11:22:00 257 0

Komitə sədri: "Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub"

Qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.

Komitə sədri bildirib ki, gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunub, müasir texnika və avadanlıqlarla təchiz edilib.