"Formula3" yarışında faciə:


Dünya 19 Noy 2018 11:25:00 264 0

"Formula3" yarışında faciə:

Beynəlxalq "Formula-3" avtoçempionatının Makao Qran-Prisində (Macau GP) faciə yaşanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Van Amersfoort Racing" komandasının 17 yaşlı alman pilotu Sofiya Flörş "Lisboa" döngəsində bolidin öhdəsindən gələ bilməyib. Yarış başlanandan sonrakı 4-cü dövrədə Flörşün bolidi "Dallara" komandasının yapon pilotu Se Suboinin bolidi ilə toqquşaraq havaya qalxıb, tor səddi dələrək trasdan çıxıb. Bolid çox böyük sürətlə reklam lövhəsinə çırpılıb.

Qəzadan dərhal sonra yarış dayandırılıb.

Hospitala aparılmış S.Flörşün onurğa sütununun qırıldığı bəlli olub.

Bu gün o əməliyyat olunacaq.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar