Türkiyə Egeydə 40 miqrantı xilas etməyə başladı


Dünya 19 Noy 2018 11:28:00 277 0

Türkiyə Egeydə 40 miqrantı xilas etməyə başladı

Türkiyənin Sahil Mühafizəsi Egey dənizində təqribən 40 qeyri-leqal miqrantın xilas edilməsi əməliyyatına başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hazırda mühacirlər Türkiyəyə məxsus adacıqlardan birindədirlər.

Qeyd edək ki, noyabrın 12-də də Egey dənizində, İzmir vilayəti sahillərində miqrantların olduğu gəmi batmışdı. Gəminin göyərtəsində olan 12 qanunsuz mühacirdən ikisi sahilə çıxa bilmişdi.