Əli Həsənov: Azərbaycan-İran sərhədinin nəzarətsiz zonasından narkotik vasitələr daşınır


Digərləri 19 Noy 2018 11:03:00 228 0

Əli Həsənov: Azərbaycan-İran sərhədinin nəzarətsiz zonasından narkotik vasitələr daşınır

Azərbaycanın İranla dövlət sərhədinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropa və digər ölkələrə narkotik vasitələr daşınır.

Bakı. Samir Əli - Azərbaycanın İranla dövlət sərhədinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropa və digər ölkələrə narkotik vasitələr daşınır. Trend-in məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib. O qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda ermənilər tərəfindən narkotik bitkilər becərilir: "Həmin ərazilərdə narkotiklərin istehsalı və tranziti, eləcə də terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilməsi təhlükənin miqyasını daha da artırır. Bu, beynəlxalq normaları pozur". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin