Bu il 2 tondan artıq narkotik dövriyyədən çıxarılıb


Digərləri 19 Noy 2018 10:59:00 264 0

Bu il 2 tondan artıq narkotik dövriyyədən çıxarılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 15 fərman, 54 sərəncam verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan parlamenti tərəfindən 36 qanun qəbul olunub. Nazirlər Kabineti 23 qərar, beş sərəncam qəbul edib.