Millətlər Liqasında VI turun növbəti oyunları keçirilir


İdman 19 Noy 2018 09:44:00 298 0

Millətlər Liqasında VI turun növbəti oyunları keçirilir

Bu gün UEFA Millətlər Liqasında VI turun növbəti oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, ikinci oyun günündə 4 liqada ümumilikdə 9 görüş təşkil olunacaq və növbəti mərhələyə yüksələcək daha 3 komandanın adına aydınlıq gələcək.

A Liqasında Almaniya doğma meydanda Hollandiya ilə üz-üzə gələcək. Meydan sahibləri artıq qrup sonuncusu kimi aşağı liqaya enib. Hollandiya isə qrupdan çıxmaq şanslarını son oyuna saxlayıb. Komanda Almaniya ilə matçda ən azı heç-heçə etsə növbəti mərhələni təmin edəcək.

C Liqasının III qrupunda Bolqarıstan Sloveniyanı, Kipr isə Norveçi qəbul edəcək. Norveç və Bolqarıstanın qrupda eyni xalları var və birinci yerin taleyi bu qarşılaşmalardan sonra bilinəcək.

UEFA Millətlər Liqası, VI tur

19 noyabr

A Liqası

I qrup

23:45. Almaniya – Hollandiya

Xal durumu: Fransa - 7 xal (4 oyuna), Hollandiya - 6 (3), Almaniya - 1 (3) B Liqası

B Liqası

I qrup

23:45. Çexiya – Slovakiya

Xal durumu: Ukrayna - 9 xal (4 oyuna), Çexiya - 3 (3), Slovakiya - 3 (3)

IV qrup

23:45 Danimarka – İrlandiya

Xal durumu: Danimarka - 7 xal (3 oyuna), Uels - 6 (4), İrlandiya - 1 (3)

C Liqası

III qrup

23:45. Bolqarıstan – Sloveniya23:45. Kipr – Norveç

Xal durumu: Norveç - 10 xal (5 oyuna), Bolqarıstan - 10 (5), Kipr - 5 (5), Sloveniya - 2 (5)

D Liqası

I qrup

21:00. Andorra – Latviya21:00. Gürcüstan – Qazaxıstan

Xal durumu: Gürcüstan - 13 xal (5 oyuna), Qazaxıstan - 6 (5), Latviya - 3 (5), Andorra - 3 (5)

IV qrup

23:45. Makedoniya - Cəbəllütariq23:45. Lixtenşteyn - Ermənistan

Xal durumu: Makedoniya - 12 xal (5 oyuna), Ermənistan - 9 (5), Cəbəllütariq - 6 (5), Lixtenşteyn - 3 (5).

Ötən gün UEFA Millətlər Liqasında daha 3 komanda növbəti mərhələyə yüksəlib.