Təzyiq aşağı düşdü təyyarə aeroporta qayıtdı


Dünya 19 Noy 2018 08:33:00 261 0

Təzyiq aşağı düşdü  təyyarə aeroporta qayıtdı

Sinqapurda "Singapore Airlines" aviaşirkətinin təyyarəsi göyərtəsində təzyiqin aşağı düşməsi səbəbindən aeroporta qayıdıb.

Trend-in "Straits Times" qəzetinə istinadən verdiyi məlumata əsasən, SQ336 reysi Sinqapur-Paris marşrutu üzrə hərəkət edirdi.

Malayziyanın hava məkanında, 7 kilometr hündürlükdə olanda pilotlar təzyiqin aşağı düşməsini bildiriblər və təyyarə Sinqapur aeroportuna qayıdıb.