Sərnişinin pul kisəsini qaytarmaq üçün 8 saat binanın qarşısında gözlədi


Digərləri 19 Noy 2018 08:12:00 276 0

Sərnişinin pul kisəsini qaytarmaq üçün 8 saat binanın qarşısında gözlədi

Moskvada qırğızıstanlı taksi sürücüsü sərnişinin avtomobildə yaddan çıxardığı pul kisəsini qaytarmaq üçün 8 saat binanın qarşısında gözləyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Facebook" səhifəsində xanım sərnişinin özü yazıb.

Varya Bortsova səhər saat 5-də Moskvaya gəlib və evinə qədər taksi sifariş edib. Növbəti gün günorta saat 1-də yuxudan ayılanda, pul, sənədlər və bank kartları ilə birlikdə kisəsini taksidə yaddan çıxardığını aşkar edib.

O, dəstək xidməti vasitəsi ilə sürücünü tapmağa cəhd etsə də, cəhd uğurusuz olub. Onun atası pəncərədən həyətə baxanda isə blokun qarşısında helə taksi sürücüsünü görüb.