Vaqif Əsədov: "Piyadaya yol vermədiyi üçün sürücülərə..."


Digərləri 19 Noy 2018 07:35:00 283 0

Vaqif Əsədov: "Piyadaya yol vermədiyi üçün sürücülərə..."

Dəfələrlə tərəfimizdən təbliğat aparılmasına baxmayaraq, piyada zolağı ilə avtomobil yolunun kəsişməsində yenə də problemlər mövcuddur. Son.az bildirir ki, bunu Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, məhz bu faktların qarşısını almaq üçün 70-dən artıq piyada zolağı ilə avtomobil yolunun kəsişməsində nəzarət postları yaradılıb. Burada yol polisi əməkdaşları keçmə növbəliyini təmin edir.

Bölmə rəisi piyadaları da diqqətli olmağa çağırıb: "Piyadalar yolun bir tərəfindən digər tərəfinə keçərkən avtomobillərin hərəkətinə diqqət etməli, tam dayandığına əmin olduqdan hərəkətə başlamalı, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürətinə nəzər yetirməlidir. Piyadalara yolu tək-tək deyil, qrup halında keçməyi tövsiyə edirik, çünki tək-tək keçmə vaxt itkisinə və süni sıxlığın yaranmasına səbəb olur".