İki uşaq atası intihar edib


Digərləri 19 Noy 2018 07:21:00 238 0

İki uşaq atası intihar edib

Salyan rayonunda intihar hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, rayonun Yolüstü kəndində 1989-cu il təvəllüdlü yerli sakin Kərimov Seyran Dadaş oğlu özünü yaşadığı evdə asıb.

Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

İntiharın səbəbləri məlum deyil. Onun iki uşaq atası olduğu bildirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.