İki maşın toqquşub, ağır xəsarət alan var


Digərləri 19 Noy 2018 07:07:00 250 0

İki maşın toqquşub, ağır xəsarət alan var

Astara rayonunda yol qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb.

Son.az "report"-a istinadən bildirir ki, Təngərüd kəndi ərazisində "VAZ-2107" markalı minik avtomobili "QAZ-24" markalı avtomobillə toqquşub.

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü Qasımov Namik Sərdar oğlu ağır bədən xəsarətləri alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan N.Qasımova ilkin tibbi yardım göstərilərək yaraları tikilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.