Çəki vahidi kimi "kiloqram" anlayışının tərifi dəyişə bilər


Digərləri 19 Noy 2018 05:30:00 309 0

Çəki vahidi kimi "kiloqram" anlayışının tərifi dəyişə bilər

Uzunmüddətli araşdırmalardan sonra çəki vahidi kimi "kiloqram" anlayışının tərifinin dəyişdirilməsi üzrə layihə hazırlanıb. Hazırda istifadə etdiyimiz bu çəki vahidinin tərifi Parisdəki bir bank kassasında saxlanılan "Le Grand K" ("Böyük K") adlı platin külçə ilə ölçülür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər Parisdə keçiriləcək Ağırlıq və Ölçü Konfransında ağırlıq çəki vahidini bu külçə ilə deyil, elektrik şiddəti ilə ölçməyi təklif edən layihəni səsə qoyacaqlar. İngiltərə Milli Fizika Laboratoriyasının mütəxəssisi Pardi Vilyams bu dəyişikliklə bağlı "kiloqram"ın çəki vahidi kimi populyar olduğunu, amma yeni sistemin daha mükəmməl işləyəcəyini deyib. O, dünya metrologiya tarixində inqilabi dəyişikliyə səbəb ola biləcək səsvermə gününü səbirsizliklə gözlədiyini vurğulayıb.

Layihə müəllifləri bildiriblər ki, 1889-cu ildən bəri beynəlxalq çəki vahidi kimi istifadə olunan "Le Grand K"nin bir neçə surəti var. Lakin bu külçə uzun illərdən sonra deformasiyaya uğrayıb və ağırlığı dəyişib. Onlar əlavə ediblər ki, bütün ağırlıqları tənzimləyən bu çəki vahidi müasir texnologiya - qabaqcıl farmakologiya, nanotexnologiya və həssas mühəndislik dövründə daha dəqiq olmalıdır. Bu səbəbdən artıq "Le Grand K"dan vaz keçməyin vaxtı gəlib.