Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüdü


Dünya 18 Noy 2018 22:57:00 326 0

Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüdü

Bolqarıstanı yeni kütləvi etiraz aksiyaları bürüyüb.

Son.az axar.az-a istinadən bildirir ki, aksiya iştirakçıları aşağı gəlirlər, yüksək enerji və qaz tarifləri, həyat səviyyəsinin aşağı düşməsi səbəbindən küçələrə çıxaraq hökuməti istefaya çağırıblar.

Sofiya, Plovdiv, Dobrıç, Qabrovo, Montana, Yambol və digər şəhərlərdə etirazçılar yolları bağlayıblar. Paytaxt Sofiyanın müxtəlif məkanlarında asayişin qorunmasına iki min polis əməkdaşı cəlb olunub.