Ana 1 yaşındakı uşağını


Dünya 18 Noy 2018 22:44:00 297 0

Ana 1 yaşındakı uşağını

Türkiyənin Adana vilayətində tükürpədici bir hadisə baş verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, ərinin onunla maraqlanmadığını iddia edən Aysel Y. bir yaşındakı körpəsini döyərək öldürüb.

Hadisə Seyhan mahalında Fatih məhəlləsində ötən gün gecə saatlarında baş verib. İddiaya görə, bir müddətdir imam nikahı ilə birlikdə yaşadığı İlham K.-nın onunla maraqlanmadığını əsas göstərən Aysel Y. bir yaşındakı qızı Pınar K.-nı döyərək öldürüb.

Polis tərəfindən saxlanılan ana media nümayəndələrinə "bəli öldürdüm, nə var? Allah ərimin bəlasını versin" deyib.


Xəbərə aid fotolar