Mehriban Xanlarova Bişkekdə mükafat alıb FOTO


Digərləri 18 Noy 2018 21:36:00 250 0

Mehriban Xanlarova Bişkekdə mükafat alıb  FOTO

Akademik Milli Dram Teatrının kollektivi "Manqurt" tamaşası ilə Azərbaycanı Qırğız Respublikasında keçirilən beynəlxalq teatr festivalında böyük uğurla təmsil edib.

Teatrın mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, festivalda iştirak Mədəniyyət Nazirliyi, AzərbaycanTeatrXadimləri İttifaqı və ölkəmizin Qırğız Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Festivalın münsiflər heyətinin qərarı ilə əməkdar artist Mehriban Xanlarova "İkinci planda ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub. O cümlədən Akademik Milli Dram Teatrının kollektivi festivalda iştiraka görə diplomla təltif olunub.

Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan "Aytmatov və teatr" festivalında Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da iştirak edib.

Festival 12-17 noyabr tarixlərini əhatə edib. Akademik Milli Dram Teatrının kollektivi "Manqurt" tamaşasını noyabrın 14-də təqdim edib.


Xəbərə aid fotolar