Səkinə xanımdan hər kəsə örnək olacaq bir davranış


Digərləri 18 Noy 2018 20:15:00 248 0

Səkinə xanımdan hər kəsə örnək olacaq bir davranış

Xanımın atası İmam Hüseyn (ə), anası Rübab adlı nəcib xanımdır. Bəzi mənbələrdə xanımın adı Aminə kimi də qeyd olunur. Xanım Səkinə Kərbəla facıəsinin canlı şahidlərindən olmuş, Kərbəla əsirləri ilə Şama gətirilərək ağrılı acılı əsirlik taleyi də yaşamışdır.

Mərhum Nəmazinin hədis və rical sahəsində apardığı tədqiqatda Xanım Səkinə (s.ə.) ilə bağlı aşağıdakı təqdimatı gətirmişdir:

"Səkinə (s.ə.) xanım - bəni-Haşimin əqiləsi idi və gözəl sirəyə (həyat yoluna) malik idi. O, fəzl və elm sahibi, zəngin hikmət və kəramət sahibi, kamil ağla, yüksək əxlaq keyfiyyətlərinə, ali və fəxr olunmalı məziyyətlərə malik idi. O, öz əsrinin sərvəri, ən gözəli, ən zərifi və ən əxlaqlısı idi. Səkinə (s.ə.) xanımın Kərbəla vaqiəsində təxminən 15 yaşı varı. Kərbəlada şəhadətə yetişən əmisi oğlu Abdullah bin Həsənlə (ə) ailə qurmuşdu."

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Xanım Səkinə (s.ə.) quranşünas, fiqh üzrə mütəxəssis, hədis ravisi kimi öz elmi töfhəsini verməklə yanaşı, şeriyyat və ədiblikdə də yüksək bacarığa malik idi.

Həmçinin mənbələrdə qeyd olunur ki, İmam Hüseyn (ə) sonuncu dəfə döyüş meydanına girəndə bütün Əhli-Beyti ilə bir-bir vidalaşır. Səkinə xanım da bu vidalaşanlar içində olur. İmam (ə) onu bağrına basıb səbirli olmağı tövsiyyə edir. Hətta tarixçilər İmamın (ə) Xanımı Kərbəlada İmam Həsən (ə)ın oğlanlarından biri ilə evləndirdiyini də yazırlar.

Xanım Səkinə Aşura faciəsindən sonra əsirlərlə birgə Şama gətirilir. Peyğəmbər (s) səhabələrindən olan Səhl ibn Səəd Saidi nəql edir ki: