Həzrət Əlinin təəccüb etdiyi insanlar
Digərləri 18 Noy 2018 20:20:00 242 0
Öz cazibə bə dafiəsində misli olmayan Həzrəti Əlinin (ə) kəlamlarında da böyük cazibə vardır. Onu (ə) sevənlər elə sevir ki, heç misli olmadığı kimi. Düşmənləri elə kinə məxsusdur ki, bu kin onları həlak edir.
İmam Əlinin (ə) dəyərli kəlmələri daima araşdırmağa və tədqiqata ehtiyac vardır. Bəzən deyilmiş bir hədis bir insanın bütün insanlığını, həyatını əhatə edir. Peyğəmbərdən (s) və Əhli_beyt (ə) imamlardan deyilmiş bir hədis kifayət edir ki, insanı büsbütün dəyişsin.
Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Hz. Əlidən "təəccüb edirəm o şəxsə ki" ifadəli hədisləri toplayıb diqqətlə mütaliə etdikdə kəlmələrin qudrətini və əhatəliyini bir daha müşahidə edirik. İmam (ə) buyurur:
1- Təəccüb edirəm o kəsə ki, coxlu dost axtarışındadır. Ancaq o, öz xislət və biliyindən faydalanan hikmət sahibləri və salehlər ilə danışmaz, məsləhətləşməz. Halbuki bu cür hikmət əhli ilə yoldaşlıq onu hidayət edər, onu ucaldar.
(Uyunul-hikəm-330)
2- Təəccüb edirəm o kəsəki, ruzinin Allahın bir təqdiri olduğuna və Allahın ona zamin olduğunu və bununla belə səylərinin ona bir faydası olmayacağını bildiyi halda ruzi tələbində hərisliklə özünü öldürür.
(Ğurərul-hikəm. Hədis-6279)
3- Təəccüb edirəm o kəsə ki, özü eyiblə dolu olduğu halda camaatın eyiblərini pisləyir. Öz eyiblərini görmür.