Rusiyalı gimnast: Məşqçinin qarşımıza qoyduğu vəzifəni yerinə yetirdik


Digərləri 18 Noy 2018 20:16:43 201 0

Rusiyalı gimnast: Məşqçinin qarşımıza qoyduğu vəzifəni yerinə yetirdik

Məşqçinin bizim qarşımıza qoyduğu vəzifəni yerinə yetirdik

Bakı. Cani Babayeva - Məşqçinin bizim qarşımıza qoyduğu vəzifəni yerinə yetirdik. Bu barədə Trend-ə akrobatika gimnastikası üzrə Dünya Kubokunun kişi cütlüyü tərkibində Timofey İvanov ilə birgə "qızıl" medalını qazanan Maksim Karavayev deyib. M.Karavayev bildirib: "Biz etməli olduqlarımızın hamısını etdik. Məşçinin qarşımıza qoyduğu vəzifəni yerinə yetirdik və ümid edirik ki, o, razı qalacaq. Bundan sonra da üzərimizdə işləyəcəyik". Rusiyalı gimnast vurğulayıb ki, Bakıdakı yarışlar ən yüksək səviyyədə təşkil olunub: "Kubokun təşkili və Bakıda Milli Gimnastika Arenaslı - möhtəşəmdir". M.Karavayev qeyd edib ki, idmanda əhəmiyyətli nailiyyətlər yalnız gərgin məşqlər sayəsində mümkündür: "Nəticə yalnız məşqlərdən asılıdır. Ötən gün Azərbaycan Gimnastika Federasiyasının "AGF Trophy" mükafatına layiq görüldükdən sonra biz daha bir mükafat qazanmaq istədik. Və biz bunun üçün bütün gücümüzü ortaya qoyduq".