Ağzı qoxusuna qarşı vasitələr –


Digərləri 18 Noy 2018 20:06:00 274 0

Ağzı qoxusuna qarşı vasitələr –

Ağız qoxusundan əziyyət çəkənlər üçün problemin həlli yolu mətbəxdən keçir.

Son.az teleqraf.com-a istinadən bildirir ki, əgər dişlərinizi fırçalaya bilmədiyiniz bir yerdəsinizsə və ya fırçalansanız belə ağzınızdan qoxu heç bir şəkildə getmirsə, bundan qurtulmağıntəbii və asan yolları var.

Ağız qoxusuna çarə ola biləcək qidalar bunlardır.

Pendir

Aparılan arışdırmalar göstərir ki, yeməkdən dərhal sonra yeyilən pendir ağızdakı turşu səviyyəsini azaldır. Eyni zamanda pendir yemək ağız qoxusunu da azaldır.

Alma, armud və kök

Bu meyvə və tərəvəzlərin tərkibindəki liflər tüpürcəyi təmizləyir və nəfəsi təzələyir.

Limon

Sadə mineral suyun içinə limon dilimləri atıb içdikdən sonra bu limon dilimlərini yeyə bilərsiniz. Eyni zamanda limonlu konfetlərdən də istifadə etmək olar.

Nanə- cəfəri

Çiy olaraq yediyiniz bir neçə nanə yarpağı və ya cəfəri nəfəsinizi təbii olaraq təmizləməkdə faydalıdır.