Qəlbin paklığı üçün gözəl və qısa bir dua


Digərləri 18 Noy 2018 19:55:00 416 0

Qəlbin paklığı üçün gözəl və qısa bir dua

Qəlb insanın bütün mənəvi aləmini ehtiva edir. Yəni qəlb deyildikdə insanın bütün daxili aləmi, hissləri, xarakteri, bütün mənəviyyatı nəzərdə tutulur. Qurani Kərim insanı qınayarkən, yaxud onu ucaldarkən qəlbinə, qəlbinin halətinə işarə edir:

"Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər." (Ənfal-2)

Yaxud:

"Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar."  (Bəqərə-10)

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, qəlbin paklığı insanın paklığıdır. İnsan öz dularında qəlbinin paklığını istəməlidir ki, onun üçün ilahi mərifət yolu işıqlansın. Du kitablarında və ariflərin kəlamlarında qəlbin paklanması və işıqlanması üçün gözəl, mənadolu zikirlər qeyd olunub. Onlardan biri də bu zikirdir:

اللَّهُمَّ طَهِّرْنِي وَ طَهِّرْ لِي قَلْبِي