Azərbaycan və Belarus "ŞimalCənub" layihəsi çərçivəsində


Digərləri 18 Noy 2018 19:56:00 235 0

Azərbaycan və Belarus "ŞimalCənub" layihəsi çərçivəsində

"Belarus Dəmir Yolları" Dövlət Birliyi və "Azərbaycan Dəmir Yolları" QSC bu gün ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökümətlərarası komissiyasının 11-ci iclasının yekunları üzrə qarşılıqlı faydalı əməkdaşlıq haqqında saziş imzalayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Belarusun "BELTA" agentliyi xəbər yayıb.

"Belarus Dəmir Yolları"nın rəisi Vladimir Morozov bildirib ki, iki ölkə dəmir yolları arasında qarşılıqlı əlaqə ənənəvidir, bağlanmış saziş artıq mövcud işlərin formallaşdırılması üçün deyil, həm də bu layihə yeni təkan verəcək.

V.Morozov deyib: "Belarus və Azərbaycan arasında daha rahat və sabit nəqliyyat əlaqələrinin qurulması nəzərdə tutulur. Xüsusən "Şimal-Cənub" inkişaf etdirilməsi, Hindistan, İran, Azərbaycan və Belarusdan yüklərin nəqli üçün şərait yaradılması çox vacibdir. İmzalanan saziş tarif və texnoloji istiqamətlər üzrə işçi qruplatın yaradılmasını da nəzərdə tutur".