İnsan bu əməllərin cəzasını çəkmədən heç vaxt ölməz


Digərləri 18 Noy 2018 19:20:00 270 0

İnsan bu əməllərin cəzasını çəkmədən heç vaxt ölməz

Dünyada görülən heç bir iş, deyilən heç bir kəlimə, hətta çəkilən heç bir nəfəs belə hədəfsiz, qarşılıqsız deyildir. Hər bir nəfəs yaşamağa xidmət etdiyi kimi, hər bir əməlin və rəftarın arxasında da özünə məxsus niyyət və məqsəd durur. Bu məqsəd işin hədəfidir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, hər bir iş hədəfsiz olmadığı kimi qarşılıqsız da deyildir. Bu qarşılıq insana Allah Təala tərəfindən müxtəlif dolayı vasitələrlə yetişir.  Kimlərsə bu dolayı yetişmələri anlayaraq səbəbini özündə, kimlərsə anlamayaraq səbəbi nəticələrdə axtarır.

Günah və savab məfhumları da bir dini istilah olaraq insanların əməllərinə verilən şərti adlardır. Bu şərti adların həqiqəti, onun insana qazandırdığı nəticədir. Bəzi əməllər insana mükafat, bəziləri isə pis aqibət və çətinlik qazandırır, insanın aqibət və müqəddəratını müəyyən edir.

İmam Əli (ə) öz hədislərində əməllərin insanın taleyinə təsirinə, hətta bəzi əməllərin nəticəsinin axirətə belə qalmadan bu dünyada öz qarşılığını görəcəyinə işarə edərək buyurur:

" Allahın peyğəmbəri (s) belə buyurdu: Bir neçə günah əməl vardır ki, cəzası axirətə qalmadan nəticəsi bu dünyada öz sahibinə yetişər. Bunlar:

Valideyni incitmək və onun üzünə aq olamq,