Fransada etiraz aksiyalarında yüzlərlə insan xəsarət alıb


Dünya 18 Noy 2018 19:03:00 245 0

Fransada etiraz aksiyalarında yüzlərlə insan xəsarət alıb

Fransada yanacağın qiymətinin artması ilə əlaqədar keçirilən etiraz aksiyalarında 400-dən çox insan xəsarət alıb.

Son.az oxu.az-a istinadən bildirir ki, onlardan 14-nün vəziyyəti ağırdır.

Nümayişlər zamanı, həmçinin polis əməkdaşlarından və yanğınsöndürənlərdən 28 nəfəri yaralanıb. İzer departamentində bir nəfər həlak olub.