CARda biabırçılıq: ağ aslanı ov üçün hərrac yolu ilə satmaq istəyirlər


Digərləri 18 Noy 2018 18:58:00 252 0

CARda biabırçılıq: ağ aslanı ov üçün hərrac yolu ilə satmaq istəyirlər

CAR-da Mustafa adlı 3 yaşlı ağ aslanın ov üçün hərrac yolu ilə satılacağı iddiası ölkəni qarışdırıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sögedən iddia hökumət nümayəndələri ilə heyvan haqları müdafiəçilərini qarşı-qarşıya gətirib.

Müdafiəçilər 2015-ci ildə CAR Ekologiya Nazirliyi tərəfindən sahiblənilən ağ aslanın hərraca çıxarılacağının planlaşdırıldığını önə sürüb. Onlar ağ aslanın yeni bir mühafizə bölgəsinə göndərilməsi təklifinə nazirliyin rədd cavabı verməsindən sonra bu qənaətə gəliblər.

Sosial şəbəkələrdə Mustafa üçün imza kampaniyası başladılıb. Kampaniyaya 250 mindən çox insan qatılıb.