Rusiyalı gimnast: Bakıda Milli Gimnastika Arenasından çox xoşum gəldi
Digərləri 18 Noy 2018 17:57:08 280 0
Bakıda Milli Gimnastika Arenasından çox xoşum gəldi
Bakı. Cani Babayeva -
Bakıda Milli Gimnastika Arenasından çox xoşum gəldi.
Bu barədə Trend-ə akrobatika gimnastikası üzrə Dünya Kubokunun qarışıq cütlük tərkibində Viktoriya Aksenova ilə birgə "qızıl" medalını qazanan Kirill Startsev deyib.
K.Startsev bildirib: "Bakıda Milli Gimnastika Arenasından çox xoşum gəldi, ilk dəfə belə böyük arenada çıxış edirik. Azarkeşlər gözəl dəstəkləyir".
Cütün finaldakı çıxışından danışan idmançı kiçik nöqsanların olduğunu qeyd etdi: "Kiçik nüanslar oldu, gələcəkdə onları düzəldərik, onların üzərində işləyəcəyik. Hər şey yaxşı idi, bizim hər şeydən xoşumuz gəldi. Əlbəttə, hər dəfə çıxışda həyəcan özünü göstərir".
Gimnast həmçinin Bakını gəzdiyini bildirib: "Şəhər çox gözəldir, insanlar qonaqpərvər, yeməklər isə dadlıdır".
Mənbə: az.trend.az