Ekstrasensə, falçıya, cadugərə inanaqmı?


Digərləri 18 Noy 2018 16:56:00 302 0

Ekstrasensə, falçıya, cadugərə inanaqmı?

Şəxsi həyatınızı sahmana sala bilmirsiniz? İşdə problemləriniz bitib-tükənmək bilmir? Sağlamlığınız bilinməyən səbəblərdən pisləşir? Demək sizə cadu ediblər. Ümumiyyətlə, cadu haqda nələri bilirik? Sınanmış üsullardan biri odur ki, göz dəyməsin deyə körpə uşaqların alnına pomada ilə nöqtə qoyurlar. Bəs bu üsullar işə yarayırmı?

Son.az Publika-ya istinadən bildirir ki, psixoterapevtlərə görə, bədnəzər və cadu insan orqanizmində baş verən ad qoya bilmədiyi nigarançılıq və gücsüzlük sindromuna gətirilən bəsit bəhanədir.

Daxili nigarançılıq qarşısı alınmayan zaman fobiyaya çevrilir. Fobiya ilə yaşayan insan isə ekstrasensə, falçıya, cadugərə getməyə daha çox meyl edir. Bu halda olan insan üzərindəki cadunu təmizləmək üçün ən son qəpiyindən də keçməyə hazırdır.