Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun ikinci mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 18 Noy 2018 16:12:46 285 0

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun ikinci mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri və mükafatçılarının ikinci mükafatlandırma mərasimi keçirilib

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri və mükafatçılarının ikinci mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, kişi qrupları arasında birinci yeri Rusiyadan olan gimnastlar German Kudryaşov, Aleksandr Sorokin, Valeriy Tukaşvili, Kiril Zadorin, ikinci yeri Rusiya təmsilçiləri Pavel Qubski, Kirill Lukyanov, Vladimir Petrov, Denis Solun, üçüncü yeri isə Hindistan gimnastları Prints Aris, Siddeş Bxosle, Ruşikeş More və Redjileş Surebabu tutublar. Qarışıq cütlüklər arasında "qızıl" medalı Kirill Startsev və Viktoriya Aksenova (Rusiya), "gümüş" medalı Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı (Azərbaycan), "bürünc" medalı isə Artur Belyakov və Olqa Melnik (Belarus) qazanıblar. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.