Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi: Gimnastlar öz işlərini yerinə yetirə bildilər


Digərləri 18 Noy 2018 15:40:59 218 0

Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi: Gimnastlar öz işlərini yerinə yetirə bildilər

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medallarını qazanan Seymur Cəfərov və Murad Əkbərov öz işlərini yerinə yetirə bildilər

Bakı. Cani Babayeva - Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medallarını qazanan Seymur Cəfərov və Murad Əkbərov öz işlərini yerinə yetirə bildilər. Bu barədə Trend-ə Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanova deyib. İ.Qurbanova bildirib: "Onlar hər şeyi etdilər. Əlbəttə, hərəkətlərin sonunda hər şey planlaşdırıldığı kimi olmadı, uşaqlar hərəkətləri daha yaxşı yerinə yetirməyə qadirdilər. Yarışdan sonra hər bir məşqçi həmişə narazı olur, hansısa qüsurları tapır. Murad Əkbərov çıxış edənə qədər çox güclü həyəcan keçirirdi, biz onu çətinliklə sakitləşdirdik. Amma o, toparlana bildi". Baş məşqçinin sözlərinə görə, o, yetirmələrinin nəticələrindən razı qalıb: "Biz indi daha yaxşı formadayıq, mən hiss edirəm ki, biz inkişaf edirik. Gələn il bizim İsraildə Avropa Çempionatımız var, biz medallar uğrunda mübarizə aparacağıq. Orada üç dəst medal uğrunda mübarizə gedir - hər hərəkətə görə ayrılıqda və çoxnövçülük üzrə".