Britaniyalı "su pərisi" 20 ildir saçlarını yumur


Digərləri 18 Noy 2018 15:20:00 348 0

Britaniyalı "su pərisi" 20 ildir saçlarını yumur

Britaniyalı rəssam Frenki Kluni öz arzusunu reallaşdıraraq "su pərisi" olmaq qərarına gəlib. O, bu işə saçlarını uzatmaqla başlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, qız 6 yaşından etibarən saçlarını uzadıb. Zaman keçdikcə, uzun saçları yuyub qurutmaq qıza əziyyət verməyə başlayıb. Odur ki, o, 13 yaşında saçlarını yumamaq qərarına gəlib. 18 yaşa çatanda isə qız hətta saçlarının uclarını kəsməyi də dayandırıb.

Kluni uşaqlıqda nağılları oxumağı xoşlayıb. Onun ən sevimli qəhrəmanı isə su pərisi olub. Məhz bu səbəbdən qız saçını uzadaraq ona oxşamağa çalışıb.


Xəbərə aid fotolar