Azərbaycan gimnastları: Biz öz məqsədimizə nail olduq


Digərləri 18 Noy 2018 14:19:14 272 0

Azərbaycan gimnastları: Biz öz məqsədimizə nail olduq

Məşqçi bizi təbrik etdi, o, nəticədən razı qaldı

Bakı. Cani Babayeva - Məşqçi bizi təbrik etdi, o, nəticədən razı qaldı. Bu barədə Trend-ə bu gün Bakıda keçirilən akrobatika gimnastiaksı üzrə Dünya Kubokunda "gümüş" medal qazanan Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov deyiblər. S.Cəfərov deyib: "Mən yaxşı nəticəyə hazır idim, əsas qarşıya məqsəd qomaqdır. Mən və Murad Əkbərov məqsədimizə nail olduq. Düzdür, səhvlər oldu, lakin onlar hamıda oldu. Onların üzərində işləyəcəyik, ancaq yaxşıya doğru gedəcəyik". Murad Əkbərovun sözlərinə görə, o, startdan öncə öncə çox həyəcanlanıb: "Yarışlar Azərbaycanda keçirilir, buna görə böyük məsuliyyət var idi. Amma, azarkeşlər bizə çox güclü dəstək verirdilər, doğma divarlar kömək edirdi". Gimnastlar bildiriblər ki, onların məşqçisi İradə Qurbanova nəticədən razı qalıb: "Əlbəttə, o, bizə bizim səhvlərimizi göstəridi. Bizim üçün əsas bu səhvləri düzəltməkdir".