Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 18 Noy 2018 14:06:15 187 0

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, qadın qruplarında birinci yeri Rusiyadan olan gimnastlar Darya Çebulanka, Anastasiya Parşina və Kseniya Zaqoskina, ikinci yeri Belarus təmsilçiləri Yuliya İvonçik, Veronika Nabokina və Karina Sandoviç, üçüncü yeri isə Hindistan idmançıları - Ayuşi Qodesvar, Praçi Parkxi və Mrunmayi Valde tutublar. Kişi cütlükləri arasında birinci yeri Rusiya təmsilçiləri Timofey İvanov və Maksim Karavayev, ikinci yeri Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov, üçüncü yeri isə Qazaxıstan idmançıları Daniel Dil və Vadim Şulyar tutublar. Qadın cütlükləri arasında "qızıl" medalı Rusiya təmsilçiləri Yasmin İşankulova və Diana Korotayeva, "gümüş" medalı Ukrayna gimnastları Yuliya Pilioyak və Aleksandra-Mariya Tabaçinskaya qazanıblar. "KİV nümayəndələrinin rəğbəti" mükafatını Hindistan təmsilçiləri Avicit Debnat və Tinku Sarkar qazanıblar.