Rusiyalı məşqçi: Biz Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak etməyi çox istəyirdik


Digərləri 18 Noy 2018 13:44:16 223 0

Rusiyalı məşqçi: Biz Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak etməyi çox istəyirdik

Biz Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak etməyi çox istəyirdik

Bakı. Cani Babayeva - Biz Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak etməyi çox istəyirdik. Bu barədə Trend-ə rusiyalı gimnastlar Darya Çebulanka, Anastasiya Parşina və Kseniya Zaqoskinanın məşqçisi İrina Sryabina bildirib. İ.Skryabina deyib: "Biz Bakıda ilk Avropa Oyunlarında olmuşuq. Burada yarışlar çox yüksək səviyyədə keçirilir, ona görə də biz Bakıda yenidən çıxış etməyi çox istəyirdik. Akrobatika gimnastikası üzrə Kubok çox gözəl təşkil edilib, bütün insanlar çox mehribandır, hər şeydə kömək edirlər, hər şey yüksək səviyyədə keçir". Öz tələbələrinin Bakıdakı yarışlara hazırlıqlarından danışan rusiyalı məşqçi qeyd edib ki, Kseniya Zaqoskinanın zədəsinə baxmayaraq gimnastlar pis çıxış etmir: "Biz yarışlara hazırlaşırdıq, amma Kseniya Zaqoskinanın kifayət qədər ciddi zədəsi var idi və indiyədək tam bərpa olmayıb. Biz Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak etməyi çox istəyirdik".