Faiq Ağayev bəyəndiyi kişi ifaçılarının adlarını açıqladı


Şou-biznes 18 Noy 2018 13:33:00 347 0

Faiq Ağayev bəyəndiyi kişi ifaçılarının adlarını açıqladı

Xalq artisti Faiq Ağayev bəyəndiyi kişi ifaçılarının adlarını açıqlayıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni "Kim yatmış, kim oyaq" verilişində bildirib ki, müğənni çox olsa da, aktyorluğu bacaran azdır:

"Dinləyici kimi xoşuma gələn kişi müğənniləri çoxdur: Miri Yusif, Zamiq Hüseynov, Ramal İsrafilov, Rəhim Rəhimli. Samir Cavadzadə işləmir, amma potensialı olan müğənnidir. Rəqabət onlar arasında gedir. Arada Xəyyam Nisanov gözəl mahnılar təqdim edir. Amma onlar arasında az cəsarət görürəm. İfaçılar çoxdur, artist azdır. Təkcə mahnı oxumaq üçün gəlməmişik səhnəyə, bu radiodur. Radioda belə ifaçı oxuyanda münasibəti bilinməlidir".