İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib


Digərləri 18 Noy 2018 13:30:00 221 0

İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib

Son 22 il ərzində İsveçrədən Azərbaycana investisiyaların həcmi 851,9 milyon dollar təşkil edib

Bakı. Sara İsrafilbəyova - Son 22 il ərzində İsveçrədən Azərbaycana investisiyaların həcmi 851,9 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bunu İsveçrə mətbuatına müsahibəsində Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Xanım İbrahimova deyib. Səfir bildirib ki, Azərbaycandan İsveçrəyə investisiyaların həcmi 1,1 milyon dollara bərabər olub. Onun sözlərinə görə, Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, nəqliyyat, bankçılıq və sığorta kimi sahələrdə İsveçrə kapitalı ilə 67 şirkət fəaliyyət göstərir.