Mahaçqalada dünya çempionu istirahət edənləri güllələdi


Dünya 18 Noy 2018 13:28:00 216 0

Mahaçqalada dünya çempionu istirahət edənləri güllələdi

Dağıstanda Rusiya qvardiyasının leytenantı güllələnib.

Son.az oxu.az-a istinadla xəbər verir ki, qətldə əlbəyaxa döyüş üzrə dünya çempionu şübhəli bilinir.

Hadisə Mahaçqalanın "Best" gecə klubunda, hərbçinin dostları ilə dincəldiyi zaman baş verib.

"Sərxoş gənclər arasında mübahisə yarandı. Bu zaman onlardan biri tapança çıxararaq iki nəfərə atəş açdı", - agentliyin mənbəyi bildirib.