Buludlu, bəzi yerlərdə yağış...


Digərləri 18 Noy 2018 13:12:00 281 0

Buludlu, bəzi yerlərdə yağış...

Ölkə ərazisində sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 12-14° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-15° isti olacağı ehtimal edilir.