Beynəlxalq Muğam Mərkəzində “Qara oyun” tamaşası FOTO


Kriminal 18 Noy 2018 12:17:00 377 0

Beynəlxalq Muğam Mərkəzində “Qara oyun” tamaşası  FOTO

Noyabrın 16-dа Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakultəsi tələbələrinin iştirakı ilə Əbdülrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsəri əsasında qoyulmuş "Qara oyun" tamaşası uğurla keçdi.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində həyata keçirilmişdi.

Tamaşanın məqsədi Əbdülrəhim bəy Haqverdiyevin yaradıcılığının gənc nəsilə müasir reallıq şəkilində, yeni formatda çatdırılması idi.

Tamaşanın quruluşçu rejissoru - Xalq artisti Məmməd Səfadır.


Xəbərə aid fotolar