Sabiq kansler: ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir


Dünya 18 Noy 2018 09:48:00 271 0

Sabiq kansler: ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir

Almaniyanın sabiq kansleri Qerhard Şryoder ABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Berlini maraqları onlar üçün münasib olan müttəfiqlər axtarmağa çağırıb.

Son.az Report-a istinadən xəbər verir ki, siyasətçinin sözlərini N-TV telekanalı sitat gətirib.

"Biz, bizimlə işğala məruz qalmış ölkə kimi rəftara dözə bilmərik...Amerika səfirinin hərəkətlərini müşahidə etdikdə, məndə belə bir təəssürat yaranır ki, o özünü Birləşmiş Ştatların suveren dövlətdəki səfirindən çox, işğalçı qoşunların zabiti kimi aparır", - deyə o bildirib.