Azərbaycanda çantada daşına bilən minilaboratoriyaların istehsalı təklif edilir


Digərləri 18 Noy 2018 09:17:00 275 0

Azərbaycanda çantada daşına bilən minilaboratoriyaların istehsalı təklif edilir

Azərbaycanlı alim tədqiqatçılar üçün daşımaq və evdə də tədqiqatlar aparmağa imkan verən minilaboratoriyaların istehsalını təklif edir.

Azərbaycan Texniki Universitetinin müəllimi Rəhim Əliyev Trend-ə bildirib ki, onun tərəfindən tələbə və tədqiqatçılar üçün evdə də tədqiqatlar aparmağa imkan verən analoq və rəqəmli elektronika minilaboratoriya cihazı yaradılıb.

Mütəxəssisin sözlərinə görə, bu cihaz "Elenco" firması tərəfindən təhsil üçün istehsal olunan XK-150 tipli minilabın təkmilləşdirilmiş prototopidir. Lisey və universitetlərdə geniş tətbiq oluna bilən bu miniaboratoriyanın elektronika, avtomatika, mexatronikanın öyrənilməsində böyük əhəmiyyəti var.

R.Əliyev qeyd edib ki, minilaboratoriyanın imkanları hesabına 400 sxem yığmaq və laboratoriya işi görmək olur: