Azərbaycanda çantada daşına bilən minilaboratoriyaların istehsalı təklif edilir


Digərləri 18 Noy 2018 08:07:46 281 0

Azərbaycanda çantada daşına bilən minilaboratoriyaların istehsalı təklif edilir

Azərbaycanlı alim tədqiqatçılar üçün evdə də tədqiqatlar aparmağa imkan verən minilaboratoriya yaradıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanlı alim tədqiqatçılar üçün daşımaq və evdə də tədqiqatlar aparmağa imkan verən minilaboratoriyaların istehsalını təklif edir. Azərbaycan Texniki Universitetinin müəllimi Rəhim Əliyev Trend-ə bildirib ki, onun tərəfindən tələbə və tədqiqatçılar üçün evdə də tədqiqatlar aparmağa imkan verən analoq və rəqəmli elektronika minilaboratoriya cihazı yaradılıb. Mütəxəssisin sözlərinə görə, bu cihaz "Elenco" firması tərəfindən təhsil üçün istehsal olunan XK-150 tipli minilabın təkmilləşdirilmiş prototopidir. Lisey və universitetlərdə geniş tətbiq oluna bilən bu miniaboratoriyanın elektronika, avtomatika, mexatronikanın öyrənilməsində böyük əhəmiyyəti var.