Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib


Digərləri 18 Noy 2018 07:41:43 213 0

Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib

Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib

Bakı. Tural Turan - Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib. Trend-in məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən təlim-təhsil mərkəzində 2005-ci il təvəllüdlü Fərəcov Kənan Mədət oğlunun xüsusi təyinatlı idman qurğusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Mürəkkəb şəraitdə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində K.Fərəcov qurğudan düşürülüb və aidiyyəti üzrə təhvil verilib.