Şəmkirdə vətəndaş qəbulu çərçivəsində nazirlik əməkdaşları özünüməşğulluq proqramına cəlb olunmuş şəhid ailələri ilə görüşüblər


Digərləri 18 Noy 2018 07:46:18 223 0

Şəmkirdə vətəndaş qəbulu çərçivəsində nazirlik əməkdaşları özünüməşğulluq proqramına cəlb olunmuş şəhid ailələri ilə görüşüblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri Şəmkir rayonunda vətəndaş qəbulu çərçivəsində bu rayonda yaşayan, özünüməşğulluq proqramına cəlb olunmuş şəhid ailələri ilə görüşüblər

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri Şəmkir rayonunda vətəndaş qəbulu çərçivəsində bu rayonda yaşayan, özünüməşğulluq proqramına cəlb olunmuş şəhid ailələri ilə görüşüblər. Trend-in məlumatına görə, rayonun Qaracəmirli və Tatarlı kəndlərindəki şəhid ailələri ilə görüşdə Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının əhəmiyyəti xüsusi vurğulanıb. Nazirlik rəsmiləri Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin həyata keçirildiyini, bu prosesin ardıcıl davam edəcəyini bildiriblər.