Xərçəng xəstəliyi nədir? –


Digərləri 17 Noy 2018 23:55:00 410 0

Xərçəng xəstəliyi nədir? –

Xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsidə meydana gəlir.

Son.az deyerler.org-a istinadən bildirir ki, hər gün vücudumuzda (DNT-də) təqribən on min mutasiya prosesi getsə də, immun sistemimiz hər millisaniyədə vücudumuzu yoxlayır və xərçəng xəstəliyi törədə biləcək hüceyrələri məhv edir. Xərçəng xəstəliyi bədənimizdə olan hüceyrələrin sistemsiz bir şəkildə çoxalması və digər toxumalara təsir etməsi nəticəsində yayılır. Xərçəng xəstəliyini yaradan səbəblər...

Xərçəngin yaranmasının səbəbi hüceyrələrin bölünməsi zamanı DNT quruluşunun dəyişməsi və fərqli hüceyrələrin yaranmasıdır. Xərçəng xəstəliyini əmələ gətirən səbəblər:

- Rentgen şüaları, radioaktiv maddələrdən yayılan radiasiya və ultra-bənövşəyi şüalanma, qamma şüaları kimi "ionlaşdırıcı" şüalar xərçəng xəstəliyininin əmələ gəlməsinə səbəb olur. Çünki bu radiasiya şüalarının təsiri altında olan toxumalarda əmələ gələn ionlar yüksək reaktivlik nəticəsində DNT zəncirlərini qopararaq mutasiyaya səbəb olurlar. - Bəzi kimyəvi maddələrin mutasiya potensialı çoxdur. Bunlara əsasən siqaret dumanındakı çoxlu sayda maddələr, asbest, kömür və gips tozu, mikrosilikat tozu daxildir.

Xərçəng xəstəliyi insan orqanizmində yayılması nisbəti aşağıdakı kimidir:

Həzm sistemi - 25% Döş - 14% Dəri - 10% Tənəffüz yolları - kişilərdə 2%, qadınlarda 3% Qaraciyər və öd kisəsi - 3% Beynin və onurğa iliyi - 1% Digər orqanlar - 8%